!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dostoyevskinin heykəli dağıdılmalıdır... - İtaliyada ŞOK TƏLƏB

!Reklam – Yazi

Dostoyevskinin 200 illik yubileyi şərəfinə Rusiyanın İtaliyadakı səfirliyinin maliyyəsi ilə ötən ilin dekabrında Florensiyada açılışı olan heykəlin dağıdılması tələb olunub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Florensiyanın bələdiyyə sədri Dario Nardella açıqlamasında deyib.

Bələdiyyə sədri Nardella heykəlin sökülməsinə kimin çağırış etdiyini açıqlamayıb.

“Bu, bir xalqın digər xalqa qarşı müharibəsi deyil, diktator və onun hökumətinin çılğın müharibəsidir. Biz yüzlərlə illik rus mədəniyyətini ləğv etmək əvəzinə, Putini dayandırmalıyıq”, – deyə bələdiyyə sədri bildirib.

Qeyd edək ki, bundan öncə İtaliyanın Milan-Bicocca Universiteti Rusiyanın Ukraynaya təcavüzü səbəbilə Dostoyevski mühazirəsini proqramdan çıxarmaq qərarına gəlib və tənqid dalğası ilə üzləşərək bu qərarından vaz keçməli olub.

Belə ki, sosial şəbəkələrdə yazılan minlərlə şərhdə “polemiyaya səbəb olmamaq” əsası ilə qəbul edilən bu qərarın polemikaya səbəb olduğu qeyd edilib.

Universitet rəhbərliyi “cahilliyi qızışdırmaqda”, “uşaqcasına reaksiya verməkdə” və “müharibəyə cavab olaraq anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməkdə” günahlandırılıb.

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv