!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dostu məşhur meyxanaçının durumu HAQDA: “Əhval-ruhiyyəsində və sağlamlığında cüzi də olsa...”

!Reklam – Yazi

“Kərimi xəstə yatağında o vəziyyətdə görmək mənim üçün ağır olsa da, dostumu heç vaxt tək qoymuram”.

Bu sözləri bir neçə ildir, ağır xəstəliklə mübarizə aparan yaxın dostu və həmkarı Kərim Novruzovun səhhəti barədə danışan tanınmış meyxanaçı Ağamirzə Yenicag.az-a açıqlamasında deyib.

Ağamirzə sonuncu dəfə dostunu ziyarət edərkən, onun vəziyyətində cüzi irəliləyiş olduğunu bildirib:

“Bir həftə əvvəl Kərimin ziyarətinə getdim. Yataq şəraitində müalicəsi davam edir. Sağlıq durumu əvvəl gördüyüm kimi dəhşətli deyildi. Hiss etdim ki, əhval-ruhiyyəsində və sağlamlığında cüzi də olsa, irəliləyiş var. Kərimi xəstə yatağında o vəziyyətdə görmək mənim üçün ağır olsa da, dostumu heç vaxt tək qoymuram.

Əvvəllər dinib-danışmırdı, suallara belə reaksiya vermirdi. İndi isə salam verdim, salamımı aldı. Dedim, Kərim məni tanıyırsan? Dedi, tanıyıram. Amma başqa nə sual verdimsə, cavab vermədi. Ümid Allahadır, Allah özü Kərimin köməyində olsun”.

Cəvahir

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv