Dostu Siyavuş Aslanla bağlı: “Ölənə qədər sevdiyi qadına…”

Bu gün mərhum xalq artisti Siyavuş Aslanın xatirə günüdür.

Aktyorun sənət dostu, xalq artisti Novruz Qartal xatirələrini Yenicag.az-la bölüşüb:

“Siyavuş o aktyorlardandır ki, yerini heç kim doldura bilməyib. İstər kinoda, istərsə də, teatrda onun yeri görünür. Yadımdadır, onunla tez-tez rayonlara qastrol səfərlərinə çıxırdıq. Başına o qədər insan yığılırdı ki, iynə atsan, yerə düşməzdi. Siyavuş getdiyi hər yerdə izdihamla qarşılanırdı. Həddən artıq sevilən aktyor idi. Cavan vaxtı ən çox “Əhməd haradadır” filmindəki obrazı ilə tanınırdı. Hacıbaba Bağırov, Nəsibə Zeynalova və Siyavuş Aslan-onlar “qızıl üçlük” kimi hər zaman sevilib. Düzdür, müəyyən vaxtlarda aralarında inciklik yaşanıb. Amma sonradan barışdılar. Son mənzilə küsülü getmədilər”.

N.Qartal aktyorun şəxsi həyatında xoşbəxt olmadığını deyib:

“Siyavuş səhnədə xoşbəxt idi, amma həyatda yox. Ofeliya ilə sevgi yaşayaraq, ailə qurmuşdu. Amma sonradan tale onlarn üzünə gülmədi. Boşansalar da, bir evin içində ayrı-ayrı otaqlarda yaşadılar. Ölənə qədər də sevdiyi qadına sadiq qaldı”.

Cəvahir