!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Agentliyində Zəfər Gününə həsr olunmuş video konfrans keçirildi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2 Noyabr tarixində Vətən Müharibəsi iştirakçıları və Qeyri-Hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş video konfrans təşkil edib.

Konfransdan öncə Agentliyin Müşahidə Şuranın üzvləri, Aparatın işçiləri və Vətən Müharibəsi iştirakçıları Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, Şəhidlər Xiyabanında Vətən oğullarının məzarları üzərinə gül dəstələri qoymuşlar.

Sonra konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev iştirakçıları salamladıqdan sonra bildirib ki, Azərbaycanın ərazi bütövlüyü ugrunda canlarından keçmiş bütün şəhidlərimizi yad edirik və onların ruhu qarşısında baş əyirik. Tək bir gün yox, hər zaman onların xatirəsini anmalıyıq. Biz və bizdən sonrakı nəsillər unutmamalıdır ki, haqqında qürurla danışdığımız Zəfər tariximiz şəhid qanı ilə yazılmışdı.

Azay Quliyev qeyd edib ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən unikal hərbi-siyasi gedişləri, dəmir yumruğu, əyilməz iradəsi və cəsarəti, yüksək peşəkarlığa malik, qəhrəman və qorxmaz Azərbaycan Ordusu və xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik müharibənin taleyini həll etdi. “Müzəffər Ali Baş Komandanımız və şanlı Azərbaycan Ordusunun ön cəbhədə vuruşan hər bir nümayəndəsi bizim ən yeni tariximizin qəhrəmanlarıdır. Onlar nəinki Azərbaycanın, hətta dünya hərb tarixində yeni bir səhifə açdılar. Azərbaycan müasir tariximizin iki qüdrətli Liderinin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir”.

Daha sona, Vətən Müharibəsi iştirakçıları Azər Abdullazadə, Şahin Rəhmanlı, Cavid Həsənov, Rəcəb Novruzov, Xankişi Yusifov və Qədimov Çingiz çıxış edərək konfrans iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və 44 günlük müharibə haqqında öz təsuratlarını bölüşüblər.

Sonda qeyri-hökumət təşkilatlarının nümayəndləri çıxış edərək 8 Noyabr Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli ordumuza Zəfər gününü Azərbaycan xalqına yaşatdığı üçün minnətdarlıqlarını bildiriblər.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv