!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı korrupsiya ittihamı: "Əməkdaşlarında bir əminlik var ki,.."

!Reklam – Yazi

“Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin icazə vərəqəsi verən əməkdaşlarında bir əminlik var ki, məhsulun tez xarab olması nəzərə alınacaq və sürücülərdən asanlıqla rüşvət ala biləcəklər”.

Bu sözləri bu gün Bakıda 4 yük maşını sürücüsünün Heydər Əliyev prospektində yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevə qarşı nümayiş etdirdiyi etiraza münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, əslində ölkəmizdə TIR sürücüləri ilə bağlı çox ciddi böhranlı vəziyyət hökm sürür:

“İcazə vərəqələrinin alınması ciddi narazılıqlara yol açır. Bu vərəqə olmadıqda TIR-larda yükün çeşidinin nə olmasından asılı olmayaraq, gömrük sənədləşdirməsi, nəqliyyat vasitəsinin bir ölkədən digər ölkəyə hərəkəti mümkün olmur. Bəzi hallarda tez xarab olan məhsullarla yüklənmiş nəqliyyat vasitələrinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin icazə vərəqəsi verən əməkdaşları fürsətdən istifadə edərək TIR sürücülərinə qarşı laqeyd davranış sərgiləyirlər. Onlarda bir əminlik var ki, məhsulun tez xarab olması nəzərə alınacaq və sürücülərdən asanlıqla rüşvət ala biləcəklər. Yəni sözügedən sahədə bir bazar açılıb. Bu bazara “R-Group” şirkətinin sürücüləri haqlı olaraq etiraz ediblər. Sürücülər etiraz etmək hüquqlarından istifadə ediblər. Düzdür, yolun bağlanması nəqliyyatın intensiv hərəkətinin dayanmasına yol açdı. Ancaq etiraz aksiyası öz nəticəsini verdi və səlahiyyətli şəxslər cəzalandırıldı.

Hesab edirəm ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətində yenilənmələrə ehtiyac var. Ümumiyyətlə, idarəetməyə yanaşmalarda dəyişikliklər olmalıdır. İcra hakimiyyəti strukturlarında oturan məmurlar başa düşməlidirlər ki, cəmiyyətə yeni siyasi idarəetmə sistemi vermək lazımdır. Xidməti sürətli və keyfiyyətli şəkildə vaxtında yerinə yetirmək vacibdir. Unutmaq olmaz ki, insanları çıxılmaz vəziyyətə salanda bu cür etiraz aksiyaları keçirə bilərlər”.

Gülşən Şərif

www.yenicag.az

1102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv