!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Baxçalının Şuşadakı məktəblə bağlı açıqlaması və gerçəklik

!Reklam – Yazi

Azərbaycanda da sevilən Dövlət Baxçalının (Devlet Bahçelinin) Şuşadakı məktəblə bağlı açıqlaması hər kəsdə təəccüb yaradıb.

Yenicag.az xəbər verir ki, özünün tvitter hesabında məlumat yayan hörmətli Dövlət bəy bildirib ki, Azərbaycan yönətimi MHP-nin məktəb layihəsini qəbul etməyib, yeni layihə hazırlayıb. Buna görə də MHP “okul layihəsindən vaz keçir”.

Bu açıqlama illərdir Dövlət bəyin fikirlərini yayan, təbliğatını aparan media qurumu olaraq “Yeni Müsavat”ı da narahat və məyus etdi. Media Qrupumuzun yetkililəri ən müxtəlif instansiyalarla əlaqə saxladılar, işin əslini öyrənməyə çalışdılar. Nəhayət, nəticə əldə edildi!

Ən mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlar belə bir ehtimala əsas yaradır ki, məsələnin mahiyyəti hörmətli Dövlət Baxçalıya düzgün çatdırılmayıb.

Belə ki, qarşıdakı dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana və Şuşaya səfəri nəzərdə tutulub. Həmçinin cənab Baxçalının da Şuşaya səfəri və tikiləcək məktəbin təməlqoyma mərasimində iştirak etməsi gündəmdədir.

Məktəbin tikintisi ilə bağlı məsələyə gəlincə, Şuşa kiçik şəhər olduğuna görə, burada həyata keçirilən bütün layihələr çox dəqiq ölçülüb-biçilir. Əsas məqsəd də odur ki, görülən işlər şəhərin tarixi mədəni mənzərəsinə, harmoniyasına uyğun olsun.

Musavat.com-un məlumatına görə, hazırda MHP-nin təklif etdiyi məktəb layihəsi ilə şəhərin ümumi mənzərəsi və görülən işlər arasında uyğunluğun təmin edilməsi prosesi nəzərdən keçirilir.

Media qrupumuzun yetkililəri dəqiq məlumat əldə ediblər ki, hər bir halda əvvəlcədən razılaşdırılmış məsələlər gündəmdədir və bununla bağlı hər hansı dəyişiklik yoxdur. Hazırda məsələlər işçi qaydada müzakirə edilir.

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv