!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlət cəmiyyətin aktiv siyasi kəsiminin müxtəlif maraq qruplarının yox, məhz milli partiyaların...” – RƏY

!Reklam – Yazi

“Əgər hər şey indi olduğu kimi qalacaqsa, o zaman qanunvericiliyin dəyişdirilməsinin nə mənası vardı?”.

Bu fikirləri siyasi partiyaların yenidən dövlət qeydiyyatından keçmək üçün müəyyən olunmuş zamanın yetişdiyi ərəfədə yaranmış vəziyyəti dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə təkrar qeydiyyatdan sonra partiyaların sayı 20-yə, bəlkə də daha aşağı rəqəmə qədər azalacaq:

“Görünən budur ki, dövlət qeydiyyatı olan partiyaların təqribən yarısı artıq öz fəaliyyətini dayandırıb. Partiyaların təkrar dövlət qeydiyyatından keçmələri üçün sənədlər iyulun 11-nə kimi təqdim olunmalıdır. Mövcud partiyalardan hansının bu işin öhdəsindən gəlib-gəlməyəcəyini söyləmək çətindir. Amma bunu dəqiq deyə bilərik ki, partiyaların sayı 20-yə, bəlkə də daha aşağı rəqəmə qədər azalacaq.

Digər tərəfdən, növbəti mərhələnin necə olacağı da partiyalardan asılı məsələ deyil. Hər halda, siyasi partiyalar haqqında qanunvericiliyin tələblərinin sərtləşdirilməsinin haklimiyyətin bu sahədə müsbət islahatlar niyyətindən qaynaqlandığını güman edirəm. Əgər hər şey indi olduğu kimi qalacaqsa, o zaman qanunvericiliyin dəyişdirilməsinin nə mənası vardı?

Eyni zamanda, yenidən qeydiyyatdan keçən partiyalara xüsusi imtiyazlar təqdim edilməyəcəksə, Seçki Məcəlləsi dəyişdirilməyəcəksə, orada partiya namizədlərinin bu və ya digər formada imtiyazları olmayacaqsa, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanılmayacaqsa, yeni qanunvericilik partiyaların fəaliyyətini optimallaşdırmaq əvəzinə, ağırlaşdıracaq. Ancaq son dövrlərdə ölkədə və dünyada baş verən hadisələr onu deməyə əsas verir ki, dövlət cəmiyyətin aktiv siyasi kəsiminin müxtəlif maraq qruplarının yox, məhz qeydiyyatdan keçmiş milli partiyaların ətrafında toplaşmasında maraqlı olmalıdır”.

A.Zeynalov

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv