!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Departamenti: "Azərbaycanla Ermənistan arasında sülh üçün dəstəyi davam etdiririk"

!Reklam – Yazi

ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün bütün dəstəyini verməyə davam edir.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük”, – o qeyd edib.

Sözçü bildirib ki, ABŞ iki ölkə arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini verməyə davam edir.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv