!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Duması yumurtanın qiymətinin qalxmasında onları GÜNAHLANDIRDI: "Çox yeməyə başlayıblar" - VİDEO

!Reklam – Yazi

Rusiyada ərzaq və qeyri-ərzaq mallarının qiyməti durmadan artır. Bu, xüsusən də yumurtanın qiymətində özünü göstərir. 

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Duması yumurtanın qiymətinin qalxmasını izah edib.

Dövlət Dumasının Sənaye və Ticarət Komitəsinin sədri Vladimir Qutenev (Vahid Rusiya) Duma TV-yə müsahibəsində bildirib ki, yumurtanın qiymətinin qaxmasında daha çox yeməyə başlayan rusların özləri günahkardır.

“Təhlil göstərdi ki, hazırda vətəndaşlarımızın həyat keyfiyyəti yüksəlib. Onlar isə prinsipcə, pəhriz kimi ət məhsulları və toyuq ətinin istehlakını artırıblar. Vətəndaşlar daha çox toyuq əti, kolbasa və yumurta yeyirlər. Və belə qənaət edilməyən tələbat qıtlıq yaradır “, – Qutenev deyib.

Onun sözlərinə görə, Dövlət Duması “toyuq əti və toyuq yumurtasına tələbatın artmasından” vaxtında xəbər tutub.

Qutenev həmçinin qeyd edib ki, hazırda yumurta Azərbaycan, Türkiyə və İrandan alınır.

“Sanitar-epidemioloji xidmətin laboratoriyaları tədarükçülərlə işləyir. Çünki biz həm ucuz məhsullar, həm də yüksək keyfiyyətli məhsul almalıyıq”,  – o qeyd edib.

Xatırladaq ki, Rosstatın məlumatına görə, bu ilin əvvəlindən dekabrın 11-dək Rusiyada yumurtanın qiyməti artıq 46,2% artıb, bu dövr üçün ümumi inflyasiya 6,9% təşkil edib.

Ətraflı videoda:

Xuraman Etibarlı

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv