!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Dumasında QALMAQAL: Jurnalist verdiyi suala görə canlı yayımdan QOVULDU

!Reklam – Yazi

Rusiya Dövlət Dumasında jurnalist verdiyi suala görə canlı yayımdan qovulub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, ötən gün jurnalist Rusiya iqtisadiyyatı ilə bağlı uyğun olmayan sual verdiyi üçün canlı yayımdan qovulub.

O, uçot dərəcəsinin artırılmasından sonra bankların insanları necə aldatmağa başladığından danışıb.

Jurnalist Mərkəzi Bankın Rusiya Federasiyasında üç böyük bankın tezliklə çökməsi ilə bağlı məlumatı niyə gizlətdiyini soruşub.

O, dərhal qovulsa da, sakitləşməyib. Qovulan jurnalist bütün həyəcan verici məlumatları teleqram kanalında “Bizə layiq olan iqtisadiyyat” başlığı altında yazıb.

İndi jurnalisti vətəndaşlıqdan məhrumetmə gözləyir.

Xuraman Etibarlı

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv