Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dövlət Komitəsi itkin düşmüş və bu gün tapılan 12 yaşlı qızı nəzarətə götürdü - RƏSMİ

Axtarılan 12 yaşlı Ləman Şahbazova tapılaraq Komitənin nəzarətinə götürülüb.

Bu barədə Yenicag.az-a Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapmışdır.

Hadisə dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Müvafiq tədbirlər görülür.

www.yenicag.az

107