!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Komitəsi zorakılığa məruz qalan 12 yaşlı qızı nəzarətə götürdü

!Reklam – Yazi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Suraxanı rayonunda zorakılığa məruz qalan azyaşlı qızı nəzarətə götürüb.

Yenicag.az xəbər verir ki, komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, qurum əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan, Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailəyə səfər edilib.

“Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir”, – deyə T.Mərdanoğlu bildirib.

Xatırladaq ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 2010-cu il təvəllüdlü qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb. Azyaşlının anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv