!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Komitəsində kollegiya iclası keçirildi - FOTO

!Reklam – Yazi

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini, bərpa-quruculuq işlərinin sürətlə aparılmasını və məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasını postmüharibə dövründə mühüm vəzifə kimi müəyyənləşdirib.

Yenicag.az xəbər verir ki, Ermənistan üzərində qələbədən keçən iki ildə bu vəziflərin icrası istiqamətində böyük işlər görülüb: yeni yol-nəqliyyat infrastrukturu qurulur, şəhər və kəndlərin təməli qoyulur, ilkin mərhələsi başlanmış Böyük Qayıdışın səmərəli təşkilinə zəmin yaradılır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında bu barədə ətraflı danışılıb. Komitə sədri Rövşən Rzayev qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarının vaxtında və tələb olunan səviyyədə icra olunması üçün hər bir əməkdaş və sturuktur bölməsi əzmkarlıqla, böyük məsuliyyətlə çalışmalıdır.
Kollegiya iclasında Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrin köçürüləcək əhalinin sayının dəqiqləşdirilməsi, tərkibinin və ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə sorğuların aparılması, məcburi köçkünlərin miqrasiya proseslərinin idarə olunması və statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, məcburi köçkünlərin istifadəsindəki dövlət xüsusi mənzil fondunun istismar vəziyyəti və qışa hazırlığı  sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr haqqında struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib.

Məruzələr ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv