!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Komitəsinin ayrı-seçkiliyi: "Qadınlar arasında xurafat və radikalizmə meyillər kişilərlə nisbətdə daha çoxdur?! - İlahiyyatçıdan SƏRT ETİRAZ

!Reklam – Yazi

“Dövlət Komitəsi “çevir tatı-vur tatı” deyimi ilə məşğuldur”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qadınlar arasında da xurafat və radikalizm meyillərinə rast gəlinməsi ilə bağlı paylaşdığı məlumata münasibət bildirən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Dövlət Komitəsinin dini məsələlərlə bağlı yaydığı məlumatlar hər zamankı kimi şablon xarakterlidir:

“Əslində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu cür məlumat yayması gülünc iddiadır. Qadınların xüsusilə vurğulanması bir sıra suallar yaradır. Yəni qadınları kişilərdən fərqləndirirlər, yoxsa qadınlar arasında xurafat və radikalizmə meyillər kişilərlə nisbətdə daha çoxdur?! Ona görə də məlum yanaşma heç bir halda doğru deyil.

Sadəcə qadınlar arasında sözügedən meyillərə hansı amillərin təsir etdiyini açıqlaya bilərlər.

Bu gün qadınlar məscidlərə gedərək kişilər kimi cümə namazı qıla bilmir, birlikdə namaz qılınmasına da imkan yoxdur. Qadınlar üçün ayrılmış xüsusi yer də yoxdur. Ona görə də suallarını verə biləcəkləri dinlə məşğul insan tapa bilmirlər.

Yaxşı olardı ki, Dövlət Komitəsi xurafat və radikalizmə meyillərlə bağlı sorğu aparıbsa, nəticələrini ictimaiyyətə açıqlasın. Komitə sadəcə söz xətrinə cümlələr işlədir və eyni şeyləri təkrarlayır. Dövlət Komitəsi “çevir tatı-vur tatı” deyimi ilə məşğuldur. Bu, həqiqətən biabırçılıqdır”.

www.yenicag.az

1010
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv