!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluğu imtahanı vermək üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

!Reklam – Yazi

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 6-sı saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 13:55-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 556 (BA – 141, BB – 414) nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv