!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət rəmzlərini təhqir edən şəxsləri hansı cəza gözləyir?

!Reklam – Yazi

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət rəmzlərinin təbliğinə xüsusi önəm verilir.Bu sahədə aparılan iş əsasən ailədən başlamaqla mütəmadi olaraq bütün yaş dövrlərində davam etdirilir. Həmçinin, müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi milli dövlətçiliyimizin rəmzlərinə dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır. Bəs, dövlət rəmzlərinə hörmətsizlik mövcud qanunvericilikdə hansı məsuliyyətə səbəb olur?

Bu barədə Yenicag.az-a hüquqşünas Arif Nəzərov açıqlama verib.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməsi ilə bağlı normalar təsbit olunub. Həmçinin, dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

O bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv