!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dövlət satınalmaları haqqında" Qanuna DƏYİŞİKLİKLƏR: "İştirak haqqı ləğv edilməlidir"

!Reklam – Yazi

“Bu hal satınalma proseslərini daha qeyri-şəffaf və daha əlçatmaz hala gətirir”.

Bu sözləri əvvəlki “Dövlət satınalmalar haqqında” Qanununda olan mənfi cəhətlərdən söz açan iqtisadçı ekspert Elçin Rəşidov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, prosesdə iştirak edən tərəflər lazımi sənədlərin hazırlanması, mütəxəssislərin cəlb edilməsi və s. işlərində çoxlu resurslar sərf edir ki, bu da xərclərə səbəb olur:

“Həmin yeni qanunun tətbiqi nəticəsində əvvəlki qanunla olan müqayisəsi məlum olacaq. Belə olduğu təqdirdə problemləri həlletmə qabiliyyəti, işləmə mexanizmi, əlçatanlığı və bu kimi bir neçə xüsusiyyətləri ortaya çıxacaq. O cümlədən hazırda satınalma sahəsində tətbiq edilən iştirak haqqı adlı bir anlayış mövcuddur. Bu hal isə satınalma proseslərini daha qeyri-şəffaf və əlçatmaz hala gətirir.

Belə ki, satınalma təşkilatı lazımi izdivaca getməyibsə, həmin məbləği itirərəcəyindən narahat olur. Onsuz da bu prosesdə iştirak edən tərəf xeyli xərclərlə üzləşir. Lazımi sənədlərin hazırlanması, mütəxəssislərin cəlb edilməsi və s. işlərində çoxlu resurslar sərf edir. Daha sonra yenidən əlavə olaraq nağd şəkildə resurs xərcləmək onları bu iştirakdan çəkindirir. Bu səbəbdən də satınalmanı aparan şəxslərin işləri manipulyasiya etmək şansı artır. Bu da qeyri-şəffaflığa yol açır və tərəflərin bir hissəsi sözügedən prosesdən kənarlaşdırılır.

Hesab edirəm ki, ilk növbədə bu halları ortadan qaldırmaq lazımdır və iştiraka görə insanlardan haqq tələb edilməməlidir. Belə bir rüsum aradan qaldırılmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv