Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan Əlizadə

Reklam: Sinerji Pro

“Şəhid və qazilərimizin ailələrinin statusunun müəyyənləşdirilməsi üçün dövlət tərəfindən müəyyən addımlar atılır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsidə şəhid olan və yaralanan hərbi qulluqçularımızın ailələrinə göstərilən dövlət qayğısından danışan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.

Arzuxan Əlizadənin sözlərinə görə, dövlət və xalq olaraq, Vətən üçün canından və sağlamlığından keçən soydaşlarımızın ailələri ilə bağlı onların itkilərinin yerini doldura biləcək addımlar atılmalıdır:

“44 günlük İkinci Qarabağ – Vətən Müharibəsidə çox böyük və möhtəşəm qələbə əldə edildi. Bu möhtəşəm qələbənin müəllifi birmənalı olaraq, Azərbaycan ordusu və bizim qəhərman əsgərlərimizdir.
Müharibə dönəmində 2 783 şəhid vermişik, qazilərimiz, yaralı əsgərlərimiz var. Şəhid və qazilərimizin ailələrinin statusunun müəyyənləşdirilməsi üçün dövlət tərəfindən müəyyən addımlar atılır.
Hesab edirəm ki, bu sahədə çox böyük işlər görülməlidir. Bu ailələr hər birimizin ailəsi kimi qəbul edilməlidir. Onların övladları bizim övladlarımızıdır. Həm dövlət, həm də xalq olaraq, onların itkilərinin yerini doldura biləcək addımlar atmalıyıq. Şübhəsiz ki, bu addımlar atılacaq və dövlət tərəfindən müəyyən təzminatlar təyin ediləcək”.

Aqil Bəkir

www.yenicag.az

716