!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət sərhədi yaxınlığında gizlədilmiş narkotik aşkarlandı

!Reklam – Yazi

Noyabrın 2-si İran İslam Respublikasının sərhəd nümayəndəliyinin verdiyi məlumat əsasında müəyyənləşdirilib ki, dövlət sərhəd xətti yaxınlığında Azərbaycan Respublikası ərazisində narkotik vasitələr gizlədilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Yenicag.az-a verilən məlumata görə, qurumun Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Xudafərin kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən həyata keçirilmiş axtarış tədbirləri nəticəsində 4 kiloqram 690 qram narkotik vasitə (4 kiloqram 345 qram marixuana və 0,305 qram metamfetamin) aşkarlanaraq götürülüb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv