!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət sərhədini pozan şəxslər saxlanıldı - FOTOLAR

!Reklam – Yazi

Dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, iyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Qeyd olunan tarixdə saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Amiri Məcid İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv