!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət sərhədini xüsusi hava əməliyyatları qüvvələri də qoruyacaq

!Reklam – Yazi

“Sərhəd mühafizə orqanları haqqında” Qanuna dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, dəyişiklik barədə parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyevin 17 avqust 2021-ci il tarixli fərmanı ilə “Dövlət Sərhəd Xidmətinin Əsasnaməsi”nə və “Dövlət Sərhəd Xidmətinin strukturu”na dəyişiklik edilib: “Həmin dəyişikliyə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunub. “Sərhəd mühafizə orqanları haqqında” Qanuna da buna uyğun dəyişiklik ediləcək. İndiyə kimi çevik hərəkət qüvvələri, Sahil Mühafizəsi, sərhəd nəzarətindən ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığı təmin edilirdi. Dəyişikliklə bura xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunur. Bu dəyişiklik uyğunlaşdırma xarakterlidir”.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv