!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət şirkətinin törəməsi "Maybo"ya 1,5 milyon manatlıq sifariş verdi - TENDER

!Reklam – Yazi

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “Topoqrafiya, dizayn və planlama işləri üçün proqram təminatları üzrə lisenziyaların satın alınması” və “Laboratoriyanın qurulması üçün tələb olunan mal-material və avadanlıqların satın alınması” ilə bağlı keçirdiyi tenderləri yekunlaşdırıb.

Yenicag.az Marja.az-a istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Datum” MMC və “Maybo” MMC şirkətləridir.

“Daşkəsən Dəmir Filiz” “Datum” MMC ilə məbləği 153 min 500 manat olan, “Maybo” MMC ilə məbləği 1 milyon 553 min 488 manat olan müqavilə imzalayıb.

“Daşkəsən Dəmir Filiz ” MMC “AzerGold” QSC-nin törəmə müəssisəsidir. “Daşkəsən Dəmir Filiz” 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv