!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət təəssübkeşliyindən uzaq MÜHACİR ŞƏBƏKƏSİ: “Bloqer”lər niyə fars rejiminin “tezis”ləri ilə danışırlar?

!Reklam – Yazi

Qərb ölkələrində məskunlaşaraq Azərbaycan əleyhinə hazırlanan istənilən kampaniyada xüsusi fəallıq göstərən “YouTube” qəhrəmanları” Tehrandakı səfirliyimizə edilən xain hücuma da fars-molla rejiminin prizmasından yanaşırlar.

Azərbaycanı tərk edərək Avropanın müxtəlif ölkələrində yerləşən, orada onlara yaradılan şərait çərçivəsində müxtəlif platformalarda yayım fəaliyyəti göstərən bir çox azərbaycanlı “bloqer”in dövlət əleyhinə açıq çıxış və çağırışlarla ictimai rəyi yönləndirmək cəhdlərinin arxasında dayanan məqsədlər barəsində çox deyilib, yazılıb.

Çox təəssüf ki, nəzərdə tutulan “aktivist”lərin onlar üçün fəaliyyət şərtlərini təmin edən anti-Azərbaycan çevrələrin hazırladıqları tərtiblərdə “birinci skripka” funksiyasını yerinə yetirmələri artıq adi hala və “peşə norması”na çevrilib. Zatən, onların “köhnə dünya”da ayaqda tutulmasının əsas səbəbi də budur: Komanda veriləndə, Azərbaycanı çamur atəşinə tutmaq, dövlətin nüfuzuna mümkün qədər zərbə vurmaq, beynəlxalq reputasiyasını kirlətmək.

Acınacaqlı haldır ki, Azərbaycan siyasətində son illərə kimi rast gəlinməyən, rəqib düşərgələrdən heç birinin istifadə etmədiyi davranış tərzi, etik çərçivələrin aşılması da məhz mühacirlərdən ibarət formalaşdırılan və dövriyyəyə buraxılan “söyüş müxalifəti”nin sayəsində özünə yer edərək adiləşdi. Təbii ki, bu tərzin “işlək”liyini və “effekt”ini görən “bloqer”lər öz bəsit leksikonlarını qeyri-senzura ilə daha da “zənginləşdirməyə” həvəsləndilər.

Həmin kontingentin davranışını, siyasi mübarizədə yolverilməz ifadə və davranışlara əl atmasını bəlkə də, haradasa başa düşmək olar. Çünki adamlar buradan Avropaya yollanıblar, sığınacaq verib şərait yaradanlar onlardan bunu tələb edirlər, icra etməyə məcburdurlar. Ancaq o “bloqer”lərin son dərəcə həssas məsələlərdə dövləti hədəfə almaları, nəyin bahasına olursa-olsun, Azərbaycanı deyil, qarşı tərəfi “haqlı” göstərməyə çalışmasının izahı yoxdur. Daha doğrusu, buna xainlikdən başqa bir ad vermək mümkün deyil.

Ötən cümə günü əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə təşkil edilən xain hücum və bunun nəticəsində bir soydaşımızın həlak olması, ikisinin yaralanması, olaydan sonra baş verənlər ölkə gündəminin əsas mövzusudur. Əlbəttə, bu hadisəyə obyektiv qiymət vermək üçün aşırı vətənpərvərliyə ehtiyac yoxdur. 44 günlük müharibədə qazandığımız Zəfərdən sonra Azərbaycana düşmən münasibətini açıq müstəviyə keçirən İranda belə bir olayın gerçəkləşməsinə yanaşmada elementar məntiqə əsaslanmaq yetərlidir. Yəni elə bir vəziyyətdir ki, burada Azərbaycanı suçlamaq üçün heç bir səbəb yoxdur.

Ancaq, yox. Bu, normal düşüncə ilə yanaşmanın nəticəsidir. Əksəriyyətdən fərqli olaraq, Avropadakı bəzi “bloqer”lər – “Azad söz”lü Tural Sadıqlı, auditoriyaya salamı da söyüşlə verən Qabil Məmmədov və başqaları bu xain hücumu fars rejiminin “konspekt”i ilə əsaslandırmaqda yarışa giriblər. Onlar da aldıqları təlimata uyğun olaraq, bu gerçək terror aktını “məişət zəmini” iddiası ilə lokallaşdırmağa cəhd göstərirlər.

Görünən budur ki, Tural Sadıqlı, Qabil Məmmədov və adları çəkilməyən digər “bloqer”lər üçün “sifariş”çinin kimliyi önəmli deyil. Azərbaycanı hədəfə almaq üçün Avropadakı müxtəlif mərkəzlərdən təlimat və maliyyə alan bu “aktivist”lərin fars-molla rejimi ilə eyni səpkili “əməkdaşlığının” olduğu artıq şübhə doğurmur. Avropada oturub sadəcə, “obyektivlik naminə” farsların tezislərini tirajlamaq bu dəstənin xislətinə qətiyyən uyğun deyil.

Nə demək olar? Vətənə xəyanət bataqlığına düşdünsə, hər hərəkətdə dibə daha da yaxınlaşacaqsan. Dövlət təəssübkeşliyi olmayan Tural Sadıqlı və həmfikirləri kimi…

www.yenicag.az

1686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv