!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Xidmətinin sabiq rəisinin apellyasiya şikayəti icraata götürüldü

!Reklam – Yazi

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə icraata verilib.

Yenicag.az xəbər verir ki, bu barədə onun vəkili Cavanşir Süleymanov məlumat verib.

O bildirib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Z.Sultanov barəsində bəraət hökmünün çıxarılmasını istəyir./Report/

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv