!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlətdən fərqli olaraq bu məsələdə siyasi partiyaların və ictimai təşkilatların imkanları...” – RƏY

!Reklam – Yazi

“Türkiyədə oturuşmuş demokratik sistem sayəsində insanların öz siyasi ambisiyalarını reallaşdırmaları imkan çərçivəsindədir”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində iştirak edən Azərbaycan əsilli namizədlərin dəstəklənməsi imkanlarına münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, bu məsələdə siyasi partiyaların və ictimai təşkilatların fəallıq göstərmələri daha münasibdir:

“Ümumiyyətlə, bir ölkənin digərinin ərazisində keçirilən seçkilərə hər hansı müdaxiləsi daxili işlərə qarışmaq kimi qiymətləndirilir. O baxımdan, qardaş ölkələr olsaq belə, Azərbayanın Türkiyədəki seçkilərə müdaxiləsi doğru və real deyil. Bu, birmənalıdır.

Ancaq qardaş ölkədəki soydaşlarımızın fəallıq göstərmələrini və parlamentdə daha çox sayda təmsil olunmalarını biz arzulayırıq. Bununla belə, dövlətdən fərqli olaraq siyasi partiyaların və ictimai təşkilatların azərbaycanlı namizədlərə dəstəklərini ifadə etmək imkanları mövcuddur.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Türkiyədə oturuşmuş demokratik sistem mövcuddur. Onun sayəsində insanların öz siyasi ambisiyalarını reallaşdırmaları imkan çərçivəsindədir. Yəni seçilmək üçün çalışmaq, işləmək lazımdır. Bu yanaşma bizim oradakı soydaşlarımız üçün də keçərlidir”.

A.Zeynalov

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv