!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövriyyəyə buraxılan QIZIL PULLAR: Yeni valyutadan kimlər istifadə edəcək? – Ekspert RƏYİ

!Reklam – Yazi

“İnvestisiya məqsədi daşıyan bu pul nişanları məhdud sayda dövriyyəyə buraxılacaq”.

Azərbaycan Respublikası Mərkəzi Bankının ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan qızılından hazırlanmış pul nişanlarının dövriyyədə istifadəsini şərh edərkən iqtisadçı ekspert Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bu pulların əhali tərəfindən yatırım vasitəsi kimi istifadə edilib-edilməyəcəyinə də aydınlıq gətirib:

“Bu pul nişanları məhdud sayda dövriyyəyə buraxılacaq. Satış üçün nəzərdə tutulmayan bu pul nişanlarından əsasən banklararası əməliyyatlarda və eyni zamanda xatirə məqsədilə istifadə ediləcək. Yəni digər pul vahidləri kimi bu qızıl pul nişanlarından heç də hər kəs istifadə edə bilməyəcək.

Yəqin ki, ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan qızıl pul nişanlarını müəyyən insanlar simvolik bir valyuta kimi saxlayacaq. Yeni pul nişanının əskinaz, sikkə olaraq dövriyyədə istifadəsi gözlənilmir”.

Sadiq Cavadov

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv