!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dövrlərin dəyişmədiyi TAMAŞAÇI SƏVİYYƏSİ: “Müasir tamaşalar bu günlə ayaqlaşmalı və...”

!Reklam – Yazi

“Tamaşaçı hər dönəmdə öz dövrünə, maraq dairəsinə uyğun tamaşa görmək istəyir”.

Bu fikirləri “15-20-il əvvəlki tamaşaçı ilə indiki tamaşaçı arasındakı fərq nədən ibarətdir?” sualını cavablandıran Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov Yenicag.az-a açıqlamasında deyib.

Rejissorun sözlərinə görə, tamaşaçılar müxtəlif janrlarda olan səviyyəli tamaşalara həvəslə baxırlar:

“15-20-30 il əvvəlki, yaxud da indiki tamaşaçıların istəkləri eynidir. Tamaşaçı hər dönəmdə öz dövrünə, maraq dairəsinə uyğun tamaşa görmək istəyir. Əgər yaxşı tamaşa təqdim edilirsə, onlar teatra gəlirlər. Sadəcə olaraq, müasir tamaşalar bu günlə ayaqlaşmalı və bu günün tələbinə cavab verməli, problemləri əks etdirməlidir. Bu, eramızdan əvvəl də belə olub, Şekspirin dövründən tutmuş bu günə qədər də belə davam edir.

Tamaşaçılar bu gün də teatra gəlir. Sadəcə olaraq, bəzən görürsən, zalda 3-4 nəfər tamaşa başlamazdan əvvəl mobil telefonla oynayır. Onlara demək istəyirəm ki, siz mobil telefonunuzla qurdalanmağa gəlirsinizsə, onda bilet alıb tamaşalara gəlməyin. Çünki bu, insana həddən artıq pis təsir edir. Bir var, tamaşa sənin marağına cavab vermədiyi üçün telefonla oynamağa başlayırsan, bir də var, hələ tamaşa başlamadan mobil telefonla məşğul olursan.

Adətən, rejissoru olduğum tamaşaları zalda oturub izləyirəm və elə insanları kənardan görürəm. Nə qədər elan olunsa da ki mobil telefonlarınızı səssiz rejimə keçirin, bəziləri buna məhəl qoymur, öz işlərinə davam edir. O ki qaldı tamaşaçıya, istənilən mövzuya baxır; bu, dram da ola bilər, faciə də, komediya da. Əsas odur, həmin tamaşada öz problemlərini görə bilsinlər, tamaşa bu günün tələblərinə cavab versin”.

Cəvahir

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv