!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövrün ən tələbatlı PEŞƏLƏRİ: Abituriyentlər nəyə üstünlük verir? - TƏHSİL EKSPERTİ

!Reklam – Yazi

Əvvəlki illərdə abituriyentlərin ən çox üz tutduğu ixtisaslar müəllimlik, hüquq, tibb və s. kimi populyar sahələr idi. Lakin son 3-4 ildə digər peşələrə də tələbat artıb. Belə ki, artıq texnologiya və süni intellekt elmlərinə də xeyli tələbə müraciət edir.

Bəs son dövrlərdə tələbələrin ən çox müraciət etdiyi ixtisas hansıdır? Ötən illərlə müqayisədə hansı fərqlər var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hər bir ixtisas qrupunun özünə məxsus perspektivli ixtisasları var:

“Ən çox pedaqoji yönümlü ixtisaslara üstünlük verirlər. Həmçinin I qrupun ixtisasları da tələbatlıdır. İnformasiya texnologiyaları, Elektrik və elektronika mühəndisliyi və s. kimi sahələrə xeyli müraciətlər edilir. II ixtisas qrupda isə daha çox maliyyə və menecment təhsilinə üstünlük verilir. III qrupda ən çox hüquqşunaslığa tələbat var. Yəni ən çox bu istiqamətlər üzrə axın var. Çünki bu ixtisasların əmək bazarında tələbatı yüksəkdir”.

Şahanə Paşa

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv