!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dovşan deyilik ki, rus peyvəndi üstümüzdə sınaqdan keçirilsin" - Zelenskidən Rusiyaya ağır sözlər

!Reklam – Yazi

Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciət edib.

Yenicag.az xəbər verir ki, prezident seçildikdən sonra ilk dəfə rus dilində danışan Zelenski Rusiya tərəfindən koronavirus əleyhinə hazırlanan “Sputnik V” peyvəndinin alınmayacağını bildirib.

Zelenski, “Dünya Səhiyyə Təşkilatı və ya dünyanın digər tanınmış qurumları tərəfindən Rusiyanın hazırladığı “Sputnik V” peyvəndinə 90-91 faiz təsiredici olması haqda sertifikat verilməyib. İnciməyin, amma Ukrayna vətəndaşları üzərində təcrübə keçiriləcək dovşan deyillər”, – deyə qeyd edib.

Zelenski, həmçinin ABŞ, İngiltərə və Çindən peyvənd alınacağını bildirərək ilk vaksini özünün vurduracağını diqqətə çatdırıb.

Xalqa müraciətini rusca etməsinin səbəblərinə də toxunan Zelenski, “Bu gün müraciətimi rusca edirəm, çünki xalqımın qulaqlarına yalanları bu dildə söyləyirlər. Vətəndaşlarımız satılmış kanalları izləməsinlər. Sizdən bu gün rus dilində danışdığım üçün üzr istəyirəm. Rus dilində yazılmış kitabların satışdan yığışdırılması xəbərləri isə doğru deyil. Bunu deyən deputatlar sizi aldadırlar”, – deyə bildirib.

Ukrayna prezidenti keçən həftə ruspərəst televiziya kanallarının ölkədə yayımının dayandırılması məsələsinə də toxunaraq, “Bu qərarı almışamsa, deməli, əsaslı səbəblərim var. Rusiyanın Krımı və bəzi bölgələri işğal etdiyini unutmayın. 2014-cü ildən atışmalar davam edir və biz Rusiyaya sanksiya tətbiq edirik. Bu sanksiyalar ABŞ və Avropa ölkələri tərəfindən də dəstəklənir”, – qeyd edib.

www.yenicag.az

5364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv