!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dovşan”dan istədiyini ala bilməyən Aytəkin: “Əjdaha”ya şirinlik edəcəm”

!Reklam – Yazi

“İnanıram ki, od yox, ancaq pul, ruzi, bərəkət, xeyir xəbərlər püskürəcək və mənə də uğur gətirəcək”.

Bu sözləri qarşıdan gələn yeni ildən gözləntilərini bölüşən tanınmış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.

O, “dovşan ili sizin üçün nə qədər düşərli oldu və qarşıdan gələn “əjdaha”dan nə gözləyirsiniz” sualını belə cavablandırıb:

“Əslində, heç vaxt illərin hansı heyvan üzərində təhvil olacağını sınamamışam. Sadəcə olaraq, özümə Allahdan gözəl şeylər arzulamışam.

Deyim ki dovşan ili mənim üçün çox ruzulu, bərəkətli, uğurlu oldu, yox… Təəssüf ki, dovşandan gözlədiklərim özünü doğrultmadı.

“Dovşan” istədiklərimi mənə verə bilmədiyi üçün onunla sağollaşmaq də çətin olmayacaq.

Amma əjdahadan çox şeylər gözləyirəm və qabaqcadan da pişvazına çıxıb, “Xoş gəldin, əjdaha”, – deyib şirinlik edəcəm.

Bildiyim qədər, əjdaha güc, qüdrət, parlaqlıq, möhtəşəmlik rəmzidir. Əjdaha xəyali heyvandır və insanların xəyallarını da gerçəkləşdirər.

İnanıram ki, od yox, ancaq pul, ruzi, bərəkət, xeyir xəbərlər püskürəcək və mənə də uğur gətirəcək”.

Cəvahir

www.yenicag.az

1007
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv