Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Döyülən jurnalistin məhkəməsindən XƏBƏR VAR - VİDEO

Martın 18-də Gəncə Apellasiya Məhkəməsində Anews.az-ın bölgə müxbiri Zaur Qənbərovun apellasiya şikayəti üzrə ilk iclası keçiriləcək, bu barədə jurnalistin vəkili Cavad Cavadov məlumat verib. Cavad Cavadov həmçinin söyləyib ki, məhkəmənin tatixi barədə qərar fevralın 4-də keçirilən hazırlıq iclasında verilib.

Zaur Qənbərov ötən il oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3il 6 ay azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin xuliqanlıq etməni nəzərdə tutan 221.3 maddəsi ilə ittiham olunur.

Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəy rayonu məmurları haqqında yazdığı araşdırma məqalələridir.

Cavad Cavadovun sözlərinə görə hazırlıq iclasında jurnalist Zaur Qənbərovun hüquqları pozulub. Belə ki, jurnalist məhkəmə prosesində dəmir qəfəslikdə saxlanılıb və bu İnsan Hüquqları və Avropa Məhkəməsi Konvensiyasının 3-cü maddəsinə ziddir.

“Hazırlıq məhkəməsində biz həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırdıq. Həmçinin apellasiya baxışını qismən məhkəmə istintaqı ilə aparılmasını da xahiş etdik. Məhkəmə ekspertizanın təyin edilməsini istəsək də məhkəmə vəsatətlərimizi təmin etmədi”, deyə vəkil əlavə edib.

Cavad Cavadovun sözlərinə görə, məhkəmə apellasiya şikayətinə baxışı martın 18-ə deyil, daha yaxın zamana sala bilərdi. Vəkil bunu jurnalistə qarşı qərəzli münasibət kimi dəyərləndirir.

Jurnalist Zaur Qənbərov 44 günlük müharibə şəraitində həbs edilib. Jurnalist müharibədə iştirak üçün könüllü müraciət etsə də onun müraciəti qəbul edilməyib. Ümid edirik ki, ölkə başçısı ölkədə jurnalistlərə qarşı olan diqqəti nəzərə alıb bu məsələnin obyektiv həllində lazım olan qurumlara tapşırıq verəcək.

Loading...

www.yenicag.az

160
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100