Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Döyüş meydanı və informasiya müstəvisi: “Prezident hər iki cəbhədə böyük uğurla savaşır” - Partiya sədri

Reklam: High Technic

“Prezidentin bu arqumentli mövqeyi dövlət başçısının siyasətçi və diplomat olaraq, yüksək səviyyəli hazırlığının birmənalı göstəricisidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatlarının gedişində prezident İlham Əliyevin Ali Baş Komandan olaraq, döyüşlərə ümumi rəhbərliyi həyata keçirməklə yanaşı, informasiya müharibəsində də effektli fəaliyyətini dəyərləndirən Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz deyib.

Azərbaycan Ordusunun Qarabağ cəbhəsində uğurlu əks-hücum əməliyyatlarına başlaması beynəlxalq ictimaiyyətin, o cümlədən, medianın diqqətini yenidən ölkəmizə yönəldib. Bu marağın nəticəsi olaraq, dünyanın nüfuzlu telekanalları öz çəkiliş qruplarını Azərbaycana göndərərək, cəbhədəki vəziyyəti və ölkə rəhbərliyinin cərəyan edən hadisələrə münasibətini işıqlandırmağa çalışırlar.

Prezident İlham Əliyev son iki həftə ərzində “CNN International”, “TRT Haber, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Pervıy Kanal”, RBK, “Rossiya-1” telekanallarına geniş müsahibələrində Azərbaycana qarşı aparılan informasiya təxribatlarını ifşa edərək, qarşı tərəfin təbliğat maşınına sarsıdıcı zərbə vurub. Dövlət başçısı bu fəaliyyəti ilə Azərbaycanın dövlət maraqlarını beynəlxalq müstəvidə ən yüksək səviyyədə müdafiə edərək, özünəməxsus nümunə yaradıb.

Yunus Oğuzun sözlərinə görə, dövlət başçısı xarici telekanallara müsahibəsində Azərbaycanın haqlı mövqeyini tam əsaslandırılmış şəkildə auditoriyaya çatdırmaqla, ermənipərəst dairələri tamamilə tərksilah etdi:

“Cənab prezident İlham Əliyev istər dövlət başçısı, istərsə də Ali Baş Komandan olaraq, ölkə üçün son dərəcə mühüm olan bu dönəmdə bütün istiqamətlərdə olduqca effektli fəaliyyəti ilə hər kəsə nümunə göstərir.

Çox əlamətdar haldır ki, dövlət başçısı bir sıra vacib istiqamətlərdə işin ağırlığını tamamilə öz üzərinə götürərək, dövlətimizin maraqlarını ən yüksək səviyyədə ifadə etməkdə və qorumaqdadır.

Xüsusilə, sentyabrın 27-dən – Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatlarına başlamasından sonra prezidentin fəaliyyəti xeyli intensivləşib. Dövlət başçısı hərbi əməliyyatlara ümumi nəzarəti həyata keçirməklə yanaşı, döyüşlərdən heç də az əhəmiyyət daşımayan informasiya cəbhəsində də Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqdadır.

Hər kəsin gördüyü kimi, əməliyyatların başlamasından sonra prezident İlham Əliyev az qala hər gün nüfuzlu xarici telekanallara müsahibə verir. Etiraf edək ki, həmin kanalların əksəriyyəti Azərbaycana

münasibətdə heç də obyektiv mövqe tutmur. O jurnalistlərin suallarından da bu yanaşma hiss olunurdu.

Buna baxmayaraq, prezident onların hətta məqsədli və qərəzli, ermənipərəst məzmunlu suallarına çox təmkinli və əsaslandırılmış cavablar verərək, Azərbaycanın haqlı mövqeyinin şübhə altına alınmasına qətiyyətlə imkan vermədi.

Prezidentin bu arqumentli mövqeyi dövlət başçısının siyasətçi və diplomat olaraq, yüksək səviyyəli hazırlığının birmənalı göstəricisidir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, informasiya müharibəsi də cəbhədəki savaş qədər çox vacibdir. Buna da birbaşa prezidentin özünün uğurla rəhbərlik etməsi çox müsbət haldır”.

www.yenicag.az

192