Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Döyüşdə ağır yaralanan Qarabağ qazisi: “Kəlmeyi-şəhadətimi dedim və…” - VİDEO

Tanınmış aparıcı Sara Safuranın “Zəfər yolu” layihəsinin bu dəfəki qonağı 44 günlük Vətən müharibəsində atıcı taborun tərkibində Şuşanın alınmasında, eləcə də Xankəndi uğrunda gedən döyüşlərdə iştirak edən və ağır yaralanan qazi Həsənov Rəşaddır.

Yenicag.az-ın çəkilişi Oğuz rayonunun Qumlaq kəndində baş tutub.

Rəşad keçdiyi şərəfli döyüş yolundan danışıb:

“Vəziyyət o həddə idi ki, yanımızda ağır yaralanan döyüş dostlarımıza kömək edə bilmirdik. Yaralı döyüşçülərdən birini çıxaranda mən də yaralandım. Dedim, məni qoyun, siz gedin. O haldaydım ki, şəhadətimi deyib gözümü yumdum və gözlədim”.

Qeyd edək ki, Rəşad Həsənov Prezident İlham Əliyevin sərəncamı ilə “Şuşanın alınmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medlları ilə təltif olunub.

Daha ətraflı videoda:

Sara Safura
Cəvahir
Cavid

www.yenicag.az

1184
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100