!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSMF ilə MSK-nın keçmiş üzvü arasında məhkəmə çəkişməsi

!Reklam – Yazi

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, iddiaçı Asif Yusif oğlu Mahmudovdur.

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Ləman Musayeva iş üzrə hakim təyin edilib. İşin mahiyyəti pensiya təminatı üzrə mübahisələrdən ibarətdir.

Məlum olub ki, iddiaçı 2003-cü ildə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olmuş Asif Mahmudovdur.

Bəzi iddialara görə, Asif Mahmudovla DSMF arasındakı mübahisə onun MSK-dakı fəaliyyətinin nəzərə alınmaması ilə bağlıdır. MSK-nın keçmiş üzvü sonuncu iş yeri kimi məhz bu qurumun qeyd edilməsini istəyir.

DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir./Qaynarinfo/

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv