!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX-dən ƏMƏLİYYAT: Siqaret və dərman preparatları aşkarlandı

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) DSX əməliyyat keçirib, siqaret və dərman preparatları aşkarlanıb.

Bu barədə Yenicag.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaq­malın Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.

Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə bir­gə həmin şəxsin evində keçirilən baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv