Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
DSX-dan yenicag.az-a verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulmuşdur.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.