Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DSX-nin həbs edilən vəzifəli şəxsləri AZADLIĞA BURAXILDI

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib.

DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Hakim onlara şərti cəza verib.

Xatırladaq ki, general Əfqan Nağıyevin həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilib.

Bir il öncə həbs edilən şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar.

www.yenicag.az

160
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100