!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX-nin müstəntiqi rüşvətə görə həbs edildi

!Reklam – Yazi

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.

Yenicag.az xəbər verir ki, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb. /qafqazinfo/

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv