!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX rəsmisindən jurnalistə ZORAKILIQ: "Bu hərəkət cəzasız qalmamalıdır" - Partiya sədri / VİDEO

!Reklam – Yazi

“Mediadan dövlət qurumuna gedən birinin jurnalistlərə qarşı kobud davranışı başadüşülən deyil. Bu hərəkət cəzasız qalmamalıdır”.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevdən müsahibə almağa çalışan jurnalistlərə qarşı qurum rəsmisi Rövşən Cahangirovun zor tətbiq etməsinə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, mediadan gedən bir şəxsin jurnalistlərə qarşı belə davranması üzücü haldır:

“Düşünürəm ki, bu məsələ rəsmiləşmələdir. Belə şəxslərə hüquqi addımlarla cavab verilməlidir. Adam kobudluq edibsə, ona hüquqi qiymət verilməli, ən azı töhmət verilməlidir. Müxalif partiya kimi bizim mövqeyimiz bəllidir. Mediaya aqressiv yanaşmaq olmaz. Onun bu addımını qınayırıq. Medianın, jurnalistlərin yanındayıq. Güman edirəm ki, DSX rəhbərliyi də jurnalistlərə qarşı belə yersiz, kobud hərəkətə adekvat cavab verəcəklər”.

Qeyd edək ki, jurnalist Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edən Xidmət rəisi Elçin Quliyevə yaxınlaşmağa cəhd etdikdə, DSX sözçüsü Rövşən Cahangirovun hücumuna məruz qalıb.

Səxavət Məmməd

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv