!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DTX “İŞİD”i maliyyələşdirən şəxsi ifşa etdi - MİRCAVAD SALAHOV KİMDİR? - FOTO

!Reklam – Yazi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb.

Yenicag.az DTX-nin Mətbuat xidmətinə istinadən bildirir ki, Mircavad Salahov Suriyanın Raqqa şəhərində “İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib. Daha sonra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Müəyyən edilib ki, Mircavad Salahov “İŞİD” terror təşkilatına qardaşı Mircəlal Salahov tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriyada apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Mircavad Salahov Azərbaycan Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv