!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir harada olub? - YENİLƏNDİ

!Reklam – Yazi

Mədəniyyət Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimovun iş yerində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova Oxu.Az-a bildirib ki, ötən gün nazir rəsmi ezam səfərində olub:

“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, noyabrın 1-də A.Kərimov Kəlbəcər rayonunda səfərdə olub.

*** 10:17

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.  

Əməliyyat keçirilən zaman nazir Anar Kərimov iş yerində olmayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Unikal”a açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.

O bildirib ki, nazir hazırda iş başındadır.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv