!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DTX və XKX rəisləri Moskvadakı iclasda iştirak etdilər

!Reklam – Yazi

Oktyabrın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 51-ci iclası keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası DTX-in rəisi, general-polkovnik Əli Nağıyevin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.

İclasda MDB dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlər, bəzi terror təşkilatlarının yenidən fəallaşmasının region ölkələrində hökm sürən sabitliyə təsirləri, həmçinin informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı, eləcə də destruktiv qüvvələrin MDB ölkələrinə nüfuzetmə cəhdləri və kəşfiyyat-pozuculuq fəaliyyəti, bölgədə olan müharibə və münaqişə ocaqlarının daim aktiv fazada saxlanılmasına və regionun bəzi ərazilərində silahlı insidentlərin davamlı xarakter almasına, xarici qeyri-hökumət qeyri-kommersiya və beynəlxalq təşkilatların “yumşaq güc” vasitələrindən istifadə etməklə MDB məkanında ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdən əməllərinə qarşı birgə mübarizə barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq münasibətləri üzrə müvafiq sənədlər imzalanıb.

İclas çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin tədbir iştirakçıları ilə videoformatda keçirilmiş görüşündə Rusiya dövlət başçısı çıxış edərək dünyada geosiyasi gərginliklərin gündən-günə artdığını, bu vəziyyətin Birlik ölkələrinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini vurğulamış, regional təhlükəsizliyi ciddi risk altına alan hallara effektiv və operativ reaksiya göstərilməsi üçün xüsusi xidmət orqanlarının işgüzar təmaslarının daha sıx təşkil olunmasının vacibliyinə toxunaraq, bu orqanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv