!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dubayda Azərbaycan diasporunun üzvləri ilə görüş keçirildi

!Reklam – Yazi

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, “Dubay Ekspo 2020” sərgisindəki Azərbaycan pavilyonunda baş tutan tədbirdə Komitəs sədri Fuad Muradov “Şuşa ili” və ənənəvi Novruz bayramı münasibətilə tədbir iştirakçılarını, eləcə də dünya azərbaycanlılarını təbrik edib. Sədr bildirib ki, xalqımız “Şuşa ili”ni təntənəli şəkildə qeyd edir:

“Sərginin ən yaxşı pavilyonu sayılan Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunması və pavilyonda ziyarətçilərin çox olması bizi sevindirir. Vətənimizin qədim tarixini, zəngin mədəniyyətini və incəsənətini burada beynəlxaq ictimaiyyətə bir daha  təqdim edə bilirik. Azərbaycanlı uşaqların sərgidə olması da sevindirici haldır, onlar Dubayın mərkəzində sanki böyük Azərbaycanın bir parçasını seyr edir və bundan qürur hissi keçirirlər. Həmin uşaqların bəziləri BƏƏ-də dünyaya gəlib, lakin buradakı diasporumuzun geniş və hərtərəfli fəaliyyəti, ailələrin milli adət-ənənələrlə yaşaması onları qırılmaz tellərlə tarixi vətənlərinə bağlayır, Azərbaycana böyük məhəbbət hissi aşılayır. Uşaqların bizi doğma dilimizdə qarşılaması və salamlaması bunun ən bariz nümunəsidir. Bir millətin ana dili və mədəniyyəti yaşayırsa, həmin millət hər zaman yüksək mövqelər qazanacaq, kökünə, dəyərlərinə bağlı qalacaq”.

Daha sonra BƏƏ-də yaşayan soydaşlarımızın 5 min şəhid və qazi ailəsinə dəstək göstəməsi diqqətə çatdırılıb.

Tədbirdə “Qarabağ sədası” adlı konsert proqramı təqdim olunub.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv