!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dubayda və Təbrizdə səsvermədə vətəndaşlarımız yüksək fəallıq göstərirlər

!Reklam – Yazi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaradılmış seçki məntəqəsində fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da səsvermə prosesinə start verilib.

Azərbaycanın Dubaydakı baş konsulluğundan Yenicag.az-a bildirilib ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə iclası keçirilib.

Baş konsulluqda fəaliyyət göstərən 16 saylı Yasamal ikinci seçki dairəsinin 56 saylı məntəqə seçki komissiyası konsulluğun qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işləri görüb, diplomatik nümayəndəliyin rəsmi saytında və sosial şəbəkə hesablarında müvafiq paylaşımlar edilib, habelə Dubayda səfərdə olan vətəndaşlarımızın da səsvermədə iştirakı üçün müvafiq şərait yaradılıb.

İranın Təbriz şəhərində fəaliyyət göstərən məntəqə seçki komissiyasında da Azərbaycan vətəndaşlarının öz Konstitusiya hüquqlarından istifadə etməsi üçün bütün zəruri tədbirlər görülüb. Fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqəsində Təbrizdə yaşayan və ya müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımızın yüksək fəallığı qeydə alınıb.

Hər iki şəhərdə səsvermə prosesi davam edir.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv