!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dubaydan qanunsuz gətirilən telefonlar gömrükdə müsadirə edildi

!Reklam – Yazi

30 ədəd mobil telefonun qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Vətəndaşa məxsus sellofan paketə baxış keçirilib və oradan qutusuz və aksesuarsız 30 ədəd “İphone 13 pro 128 GB” markalı mobil telefonlar, 1 ədəd “Apple watch” smart qol saatı, 1 ədəd “Apple watch” markalı smart qol saatının kəməri və 1 ədəd “Airpods pro” markalı qulaqcıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv