!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Duda Ukraynaya görə generallarla təcili görüş təyin etdi

!Reklam – Yazi

Polşa Prezidenti Andjey Duda Ukraynanın hava məkanını pozmasından sonra ordu rəhbərliyi ilə təcili görüş təyin edib.

Yenicag.az xəbər verir ki, bu barədə Polşa Prezident Aparatı öz saytında məlumat yayıb.​

“Prezident Andjey Duda milli müdafiə naziri Vladislav Kosiniyak-Kamışla telefonla danışıb. Bu gün isə Milli Təhlükəsizlik Bürosunda saat 13:00-da (Bakı vaxtı ilə 16:00) nazir Kosiniyak-Kamış, Baş Qərargah rəisi Veslav Kukula, Silahlı Qüvvələrin əməliyyat komandanı Maçi Klişlə təcili görüş keçiriləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələri cümə günü səhər saatlarında naməlum hava obyektinin Ukrayna ərazisindən Polşa hava məkanına daxil olduğunu açıqlayıb. Naməlum obyekt sonradan radarlardan itib./axar.az

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv