Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünənki partlayışla bağlı daha bir AÇIQLAMA: "Sönməyə doğru gedir"

4 iyul 2021-ci il tarixində axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.

Yenicag.az xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmamışdır.

Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.

www.yenicag.az

414
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100