!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Bankından Çad gölü hövzəsinə 1 milyardlıq DƏSTƏK - Pertsev AÇIQLADI

!Reklam – Yazi

Dünya Bankının Çad Respublikasındakı direktoru R. Pertsev mediaya açıqlama verərək bölgədə təhlükəsizlik prolemlərinə toxunub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, R, Pertsev hövzədə təhlükəsizliklə bağlı problemlərin davam etdiyini vurğulayıb. O, həmçinin Dünya Bankının bölgədə təhlükəsizlik böhranıyla əlaqədar 1 milyard ABŞ dolları həcmində dəstək paketinin təsdiqləndiyini açıqlayıb.

Sözügedən paket kənd təsərrüfatı, enerji və ticarət kimi sahələrlə bağlı Çad, Kamerun, Niger və Nigeriyada münaqişələrin yaratdığı problemlərin aradan qaldırılması yönümündə istifadəni hədəfləyir.

Qeyd edək ki, Qlobal Terrorizm İndeksinin 2020-ci il məlumatlarına görə, Çad Gölü hövzəsindəki 4 ölkə dünyanın ən sülhsevər 10 ölkəsi sırasındadır.

Əhali 10 ildən artıqdır ki, silahlı qruplaşmalarla təhlükəsizlik qüvvələri arasında qalıb. 2009-2016-cı illər arasında bölgənin ən böyük terror təşkilatı olan Boko Haramın hücumlarında ən azı 10 min insan həyatını itirib.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv