!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Bankının pessimist HESABATI: Gələcəkdə Azərbaycan iqtisadiyyatına nələr təsir edəcək? - MÖVQE

!Reklam – Yazi

Dünya Bankı 247 səhifəlik “Azərbaycan ölkə iqtisadi memorandum”u dərc edib. Memorandumda təqdim olunan uzunmüddətli artım modeli (LTGM) əsasında ölkə iqtisadiyyatının gələcəyi qiymətləndirilib və 2050-ci ilə qədər Azərbaycanı gözləyən iqtisadi və demoqrafik göstəricilər açıqlanıb.

Mövzu ilə bağlı iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, Dünya Bankı hesabatında diqqəti əhalinin artım tempinin azalmasına, əhalinin qocalmasına, eyni zamanda neft və təbii qaz ehtiyatlarının tükənməsinə çəkib:

“Ölkədə ümumi işsizlik səviyyəsi ilə müqayisədə gənclər arasında işsizlik səviyyəsi yüksəkdir. Bu göstərici 2018-ci il üçün gənc kişilərlə müqayisədə gənc qadınlar üçün 14,7 faiz olub. Azərbaycanın adambaşına düşən milli gəliri 2000-2014-cü illər arasında dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri azalmaqdadır. Bu fonda Dünya Bankı hesab edir ki, qeyri-neft/qaz özəl sektorunun böyüməsi məhduddur.

Dünya Bankının məlumatına görə, Azərbaycan iqtisadiyyatının böyüməsi 2024-2050-ci illərdə orta hesabla cəmi 0,5 faiz ola bilər. Belə ki, ÜDM artımı 2024-cü ildəki 1,5 faizdən 2050-ci ilə qədər sıfıra enəcək. Nəticədə, adambaşına düşən ÜDM 2020-ci ildə 5900 dollardan 2050-ci ildə 6500 dollarına dəqər artacaq. Bu isə növbəti 30 il ərzində yalnız 11 faiz artım deməkdir.

Dünya Bankı, həmçinin Azərbaycanda əhalinin artımının ləngidiyini qeyd edir. Belə ki, son 10 ildə ölkədə əhalinin hər min nəfərinə düşən doğulanların sayı 19.4-dən 11.2-ə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. Əgər 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5.8 faizi idi isə, bu gün həmin göstərici 8 faizdir. Belə qənaətə gəlmək olar ki, 2050-ci ilədək dolanışığımız yaxşılaşmayacaq və buna görə də Azərbaycanda iddialı islahatlar aparılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv