!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Bankının rəhbəri istefa verdi

!Reklam – Yazi

Dünya Bankının (DB) prezidenti David Malpas iyunun 30-dək vəzifəsini tərk edəcəyi ilə bağlı qərarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” David Malpasın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, 66 yaşlı Malpasın rəsmi müddətinin başa çatmasından təxminən bir il əvvəl, yəni “maliyyə ilinin sonuna qədər”, iyunun 30-dan əvvəl baş verəcək erkən istefa olacaq.

Qərarın səbəbi isə açıqlanmır.

2019-cu ildə Malpas ABŞ-nin o zamankı prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyin edilib. O, keçən il iqlim dəyişikliyinin səbəbləri ilə bağlı bir konfransda suala səhv cavab verdikdən sonra mübahisələrlə üzləşib və nəticədə onun vəzifədən çıxarılması ilə çağırışlar səslənib./Report/

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv